"Everton" klubunun baş məşqçisi Roberto Martines "Çelsi"dən transfer olunan Romelu Lukaku haqqında xoş sözlər deyib.
Korner.az-ın məlumatına görə, məşqçi belçikalıya görə verilən 35 milyon avronu yüksək məbləğ hesab etmir. Mütəxəssis onun komandaya tez uyğunlaşmağını da qeyd edib. Transfer məbləğinin önəmli olmadığını da dilə gətirən Martines: "İmkanım olsaydı, Lukakuya görə 125 milyon avro verərdim", – cümləsini də deyib.
Xatırladaq ki, Lukaku ötən il icarə əsasında "Everton"da forma geyinirdi.
