“İmişli”nin şikayəti qismən təmin olundu
17.04.2024 , 18:35

Apellyasiya Arbitraj Tribunalı 1-ci liqada mübarizə aparan “İmişli”nin şikayətini qismən təmin edib.
Korner.az AFFA-nın saytına istinadən xəbə verir ki, tribunal AFFA İntizam Komitəsinin “İmişli” ilə bağlı qərarını dəyişdirib.
Belə ki, 20-ci turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən 2 oyunluq cəza 1 matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib. Futbolçuya 3 ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.
“İmişli”nin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.
Qeyd edək ki, “Mingəçevir” – “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
