İmişlidə “İdman həftəsi”
06.03.2023 , 18:56

Respublika miqyasında keçirilən “İdman həftəsi” İmişlidən də yan keçməyib.
Korner.az xəbər verir ki, 5 mart Bədən tərbiyəsi və İdman günü münasibəti ilə İmişli rayon olimpiya idman kompleksində cudo idman növü üzrə yarış keçirilib.
Maraqlı keçən yarışın sonunda qaliblər diplom və medallarla təltif olunub.
