“Sabah”dan qələbə, “Şamaxı” səfərdə heç-heçəyə razılaşdı
22.02.2026 , 19:00
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Əvvəlcə “İmişli” “Şamaxı”nı qəbul edib. Görüşdə qol vurulmayıb – 0:0.
Günün son oyununda isə “Sabah” “Kəpəz”i qəbul edib. Görüş Masazır təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
22 fevral
14:30. “İmişli” – “Şamaxı” – 0:0
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu
17:00. “Sabah” – “Kəpəz” – 1:0
Qol: Kahim Parris, 88
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”