“İmişli” “Kəpəz”lə heç-heçə etdi, “Turan Tovuz”dan qələbə
09.02.2026 , 20:30
Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçirilib.
Əvvəlcə “İmişli” Qubada “Kəpəz”i qəbul edib. Görüşdə qol vurulmayıb – 0:0.
Günün digər matçında isə “Turan Tovuz” Suraxanıda “Karvan-Yevlax”ı sınağa çəkib. Matç meydan sahiblərinin 1:0 hesablı qələnəsi ilə bitib.
9 fevral
14:30. “İmişli” – “Kəpəz” – 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu
18:30. “Turan Tovuz” – “Karvan-Yevlax” – 1:0
Qol: Alexandro Serrano ,15-pen
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
“Azersun Arena”