“İmişli” evinə qayıdır
07.04.2023 , 13:25

Peşəkar Futbol Liqası tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
Korner.az xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion I Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.
“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 aprel tarixdə “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.
“İmişli” buna qədər ev oyunlarını Saatlı şəhər stadionunda keçirirdi.
