big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İmarət” Qurban Qurbanovdan xahiş etdi

18.09.2012 , 06:37

Dünən keçirilən AZAL – “Qarabağ” oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov istefa verəcəyini bildirmişdi. Daha sonra klub rəhbərliyi ilə görüşən baş məşqçi qərarını onların diqqətinə çatdırsa da, “Qarabağ”ın idarəçiləri istefanı qəbul etməmişdi. “İmarət” klubu Qurban Qurbanovu dəstəkləyən bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

“Premyer Liqanın son turunda “Qarabağ”ımızın səfərdə 6 qol buraxaraq AZAL-a yenilməsi əlbəttə ki, hər birimizi üzdü. Ancaq baş məşqçimiz Qurban müəllimin oyundan sonra “Komandadan getmək barədə rəhbərliklə danışacağam” deməsi bizə məğlubiyyətdən daha çox zərbə vurdu.

Azərbaycan futbolu adına saysız-hesabsız əməklər sərf edən, komandamızda əsaslı dəyişikliklər yaradan, “Qarabağ”la möhtəşəm uğurlara imza atan, böyük ürək sahibi, sadə və səmimi bir insan olan Qurban müəllimin komandamızın başından getmək təhlükəsi bu gün bizi çox narahat edir. Gəldiyi ilk gündən azarkeşlərin ürəyində taxt quran Qurban müəllim bizim ən aqressiv vaxtımızda belə bizi başa düşüb, atdığı hər addımda azarkeş fikrini və amilini nəzərə alıb. Hal-hazırda Azərbaycan çempionatında Qurban müəllimdən yaxşı bir məşqçi tapmayacağımızı düşünür, həm də “Qarabağ” adına görə tam səslə Qurban Qurbanovdan “Qarabağ”ın baş məçqçisi postunda qalmasını şəxsən xahiş və tələb edirik. Baş məşqçimizin də bizi yarı yolda buraxmayacağına və neçə oyundu ki, “Hər oyun 3 xalı almalıyıq biz, Qurbanla çempion olmalıyıq biz” şüarlarımızı və arzularımızı ürəyimizdə qoymayacağına inanır, bu çətin vaxtda bir daha məsuliyyət öz üzərinə götürərək, hər şeyi yoluna qoyacağına bütün qəlbimizlə ümid edirik.

Bir daha “Qarabağımız”a və onun baş məşqçisi Qurban Qurbanova çətin gündə də dəstək olacağımızı duyurur, Qurban müəllimdən “Qarabağ”dan çempion olmamış getməməsini xahiş edir, rəhbərlikdən də bizim qürurumuzu heç bir yerə buraxmamağı tələb edirik.

Haydı Qurban müəllim, çətin gündə biri-birimizi tək qoymayaq!!!”

Son yazılar

To Top