“Qarabağ”ın əsas azarkeş dəstəyi olan “İmarət” fan-klubu bəyanat yayıb.
Korner.az-ın məlumatına görə, fan-klub üzvləri bütün komanda üzvlərini “Xəzər Lənkəran”la oyuna dəvət ediblər:
“Ayntraxt”la oyundan öncə çempionatda “Xəzər Lənkəran”la oyunumuz var. Almanlardan öncə olan oyunumuza diqqətimizi cəmləyək və “Qarabağ”ımıza dəstək olaq. Bu oyuna gəlməkdə heç bir bəhanəmiz olmamalıdır. Münasib zaman, həftə sonu və münasib məkan. Gəlin komandamızı qələbəyə səsləyək”.
