Bu gün Premyer Liqanın III turu çərçivəsində keçirilmiş "Qarabağ" – "Xəzər Lənkəran" matçından sonra qonaq komandanın bir azarkeşinin ağdamlı fanat tərəfindən bıçaqlandığı iddia olunur.
Korner.az-ın məlumatına görə, xəbər tam təsdiqini tapmasa da, sosial şəbəkələrdə cənublu azarkeşlər bıçaqlanma hadisəsini törədənin "İmarət" fan-klubunun üzvü olduğuyla bağlı məlumatlar paylaşılır.
Bununla bağlı sorğumuzu cavablandıran "İmarət"dən bildirilib ki, onlarda bu barədə məlumat yoxdu: "Bu məsələni sizdən eşidirik! "İmarət"in "Xəzər Lənkəran" azarkeşləri ilə heç bir dərdi yoxdu.Bir dərdimiz var, o da Qarabağ!"
Bu arada, "İmarət"in feysbuk səhifəsi nümunəvi addım ataraq aşağıdakı statusu paylaşıb:
"İmarət fan klubunun Xəzər-Lənkəran azarkeşləri ilə heç bir dərdi yoxdu!Sadəcə ortaq dərdimiz var, o da Qarabağ!
"Qarabağ çəməne,çəmənən bəbe" (QARABAĞ BİZİMDİR,BİZİM OLACAQ!)
"Xəzər-Lənkəran"a komandasına da qarşıdakı oyunlarda uğurlar!"
