Türkiyə PTT I Liqasında 8-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” doğma meydanda “Adana Demirspor”u qəbul edib.
“Elazığspor” Murat Tosun və Eren Aydının qolları sayəsində 2:1 hesablı qələbə qazanıb. Cavid 60-cı dəqiqədə Murat Tosunun əvəzinə meydana çıxıb.
Qeyd edək ki, Elazığ təmsilçisi 8 turdan sonra 12 xalla turnir cədvəlinin 6-cı pilləsindədir.
