Türkiyə kubokunda III turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, Cavid İmamverdiyevin forma geyindiyi “Elazığspor” səfərdə “FBM Yaşamspor”la qarşılaşıb.
İmamverdiyevin start heyətində çıxdığı və sona qədər meydanda olduğu qarşılaşmanın 90 dəqiqəsi 0:0 hesablı bərabərliklə yekunlaşdığı üçün əlavə vaxt oynanınılıb. Əlavə vaxtda fərqlənməyi “FBM Yaşamspor” matçı 1:0 hesablı qələbə ilə başa vurub və qrup mərhələsinə vəsiqə qazanıb.