“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev yenə əvəzedici komandada çıxış edib.
Korner.az-ın məlumatına görə, vaxtilə əsas komandanın üzvü olan gənc futbolçu bu gün keçirilən əvəzedicilərin çempionatının XXVI turunda meydana çıxıb.
Cavid AZAL-la ev oyununda penaltidən qol vurmağı bacarıb. İmamverdiyev əvvəllər də əvəzedici komandanın heyətində rəqib qapısına yol tapıb.
“Neftçi” – AZAL – 2:3
Cavid İmamverdiyev, 34-pen.; Aqşin Qurbanlı, 42 – Orxan Səfiyaroğlu, 23; Habil Nurəhmədov, 83; Fariz Nəcəfov, 89.
