Hazırlıqlarını Türkiyədə davam etdirən "Qarabağ" bugünlərdə xoş xəbər alıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın futbolçuları İlqar Qurbanov və Vüqar Nadirov həyatlarında ilk dəfə atalıq sevincini yaşayıblar. Hər iki oyunçunun oğlu dünyaya gəlib. "Qarabağ" ailəsinin yeni üzvlərinin adları da artıq məlumdur.
Vüqar oğluna atası, Qarabağ döyüşlərində qəhrəmancasına həlak ola "general" ləqəbli Ərşadın, İlqari isə igidliyi ilə ad çıxarmış Gəncə xanı Cavad xanın adını verib.
