“Qarabağ"dan ayılan İlqar Qurbanovun yeni klubu müyyənləşib.
Korner.az-ın məlumatına görə, o, karyerasını “Qəbələ”də davam etdirəcək. Futbolçu özü saytımıza açıqlamasında məlumatı təsdiqləyib.
31 yaşlı futbolçu klubla 2 illik müqavilə bağladığını deyib.
"Qəbələ"nin rəsmi saytı də açıqlama yayaraq İlqar Qurbanovla 2 illik müqavilə imzaladıqlarını bildirib.
