"Yaxşı oyun nümayiş etdirdik. Çoxlu qol imkanımız da, oldu. Əsas olan 3 xal idi. Lazım olan qələbəni qazandıq".
Bu sözləri Korner.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu İlqar Qurbanov deyib.
"Simurq" üzərindəki qələbəni şərh edən Qurbanov nəticəyə baxmayaraq hələ tam oyunlarını tapmadığını fikirləşir:
"Oyunumuzu tam tapmışıq demək olmaz. Amma yenə də, gözə xoş futbol oynayırıq və əsas da, uşaqlarda olan istək çoxdu. "Simurq"la oyundakı penaltiyə gəlincə isə, indi baxdım videoya, orda heç bir qayda pozuntusu yox idi".
