Argentina yığmasının sabiq futbolçusu Dieqo Maradona yenidən gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, Maradona 1986-cı ildəki dünya çempionatında İngiltərə – Argentina oyununu idarə etmiş hakimi “əbədi dost” adlandırıb.
Əfsanəvi futbolçu bu barədə öz “Facebook” səhifəsində qeyd edib:
“Bu istirahət günlərində mən Tunisə getdim. Orda 1986-cı ildə Meksikada bizim İngiltərə ilə matçımızı idarə etmiş Ali Bennaserlə görüşdüm. Mən ona Argentina yığmasının formasını verdim, o isə mənə evindən asdığı bu oyunun fotosunu hədiyyə etdi. Hədiyyəmin altında belə yazdım: “Aliyə, mənim əbədi dostuma”.
