İlkay Gündoğanın yeni klubu məlum oldu
05.06.2023 , 14:24

“Mançester Siti” ilə müqaviləsi başa çatacaq İlkay Gündoğan üçün daha bir iddia irəli sürülüb.
Korner.az xəbər verir ki, o karyerasını “Barselona”da davam etdirə bilər.
İspaniya mətbuatında yer alan xəbərə görə, Kataloniya klubu futbolçu ilə 3 illik müqavilə imzalamağa hazırlaşır.
Xəbərdə, Gündoğanın gələcəyi ilə bağlı dəqiq qərarını Çempionlar Liqasının finalından sonra açıqlayacağı bildirilib.
“Mançetser Siti” ilə ümumilikdə 303 matça çıxan İlkay 59 qol vurub, 40 məhsuldar ötürmə edib.
Mina Musayeva
