“Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğan komandadan ayrılmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, bu xəbəri məşhur alman dərgisi “Bild” yazıb.
Türk əsilli alman futbolçu Dortmund təmsilçisi ilə müqaviləsini yeniləmək istəməyib.
25 yaşlı futbolçunun “Borussiya” ilə müqaviləsi 2017-ci ildə başa çatacaq. Almaniya klubu gələn il azad agent statusu alacaq futbolçunu artıq mövsümün sonunda satmağı planlaşdırır.
