İlk turun cəzaları açıqlandı
08.08.2024 , 13:31
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib. Oyun bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu daha 500 manat cərimə olunub. Matçın 78-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qarabağ” klubu 500 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.
“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə olunub.