big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

İlk partiyalar, ilk sürprizlər… – YAZI

05.09.2016 , 08:03

Bakı Şahmat Olimpiadasında artıq 3 tur geridə qaldı. Əlbəttə ki, indidən turnirin necə yekunlaşacağına dair qəti fikirlər söyləmək, medala iddialı komandaların adlarını şəkmək mümkün deyil. Amma hər halda bəzi qeydlər etmək mümkündür.

Əvvəla Azərbaycan şahmatçıları haqqında (əsas komanda).

Kişi idmançılarımız inamla irəliləyir

Kişilərin turnirində hələ ki, hər şey öz qaydasındadır. Starda Zimbabve idmançıları ilə üz-üzə gələn həmyerlilərimiz, gözlənildiyi kimi, rəqibə bir şans belə vermədilər. Həqiqətən də, ustalıq səviyyəsi tam fərqli olan komandaların görüşündə mübarizə alınmadı. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli öz partiyalarınlı qələbə ilə başa vuraraq birinci tiri maksimal nəticə ilə bitirdilər.

Növbəti rəqib Makedoniya şahmatçıları idi. Yenə də sürpriz olmadı. Reytinq liderləri kimi masa arxasına əyləşən şahmatçılarımız 4:0-lıq qələbəni qeyd etdilər və turnir cədvəlinin ilk pillələrində qərar tutdular. Qeyd etmək lazımdır ki, bu dəfə Arkadi Naydiç 3-cü masada deyil, 4-cü masada mübarizə apardı. 3-cü masa arxasında isə birinci turda istirahət edən Rauf Məmmədov göründü. O, Eltac Səfərlini əvəzlədi.

Təəssüf ki, 3-cü turda Azərbaycan şahmatsevərlərinin qanı bir qədər qaraldı. Buna səbəb isə Teymur Rəcəbovun 2-ci masada qara fiqurlarla macarıstanlı rəqibi Zoltan Almasiyə gözlənilmədən məğlub olması idi. Amma komanda yoldaşları Teymurun bu uğursuzluğunu ümumi nəticəyə təsir göstərməsini əngəlləməyi bacardılar: Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Arkadi Naydiç partiyalarını qalibiyyətlə başa vuraraq, yekunda Azərbaycanın 3:1 hesablı qələbəsini təmin etdilər.  

Beləliklə də, 3 turdan sonra Azərbaycanın kişilərdən ibarət əsas kollektivi maksimal nəticə toplamış 16 komanda arasında qərar tutub (Rusiyadan sonra ikinci mövqe). Hələ ki, hər şey ürəyimizcədir. Görək, sonluq necə olacaq.

Qadınlar gərgin anlar yaşatsalar da…

Qadın şahmatçıların turnirində də, hələlik şikayətlənməyə əsasımız yoxdur. Düzdür, əsas rəqiblərlə duellər hələ irəlidədir. Eyni zamanda bəzi narahatçılığa səbəb olan hadisələr də baş verib. Amma hər halda, nəzər saldığımız 3 turun nəticələrini sırf turnir cədvəli baxımından qənaətbəxş hesab etmək olar.

İlk turda Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Aydan Höccətova və Nərmin Kazımovadan ibarət kvartet ciddi problemlərlə üzləşmədən Nikaraqua şahmatçılarını darmadağın etdilər 4:0. Düşünmək olardı ki, növbəti turda da eyni nəticə qeydə alınacaq. Çünki rəqibimiz Meksika idi. Ancaq gözlənilmədən ağ fiqurlarla oynayan Zeynəb Məmmədyarova özündən xeyli zəif Real Pereyraya məğlub oldu. Dördüncü masada isə Nərmin Kazımova Qarsiya Moraleslə xalları böldü. Düzdür, yekunda qələbə bizim oldu – 2,5:1,5. Amma razılaşaq ki, bu, gözlənilən və proqnozlaşdırılan nəticədən xeyli zəif idi. Odur ki, 3-cü tur böyük həyacanla gözlənilirdi. Rəqibimiz reytinq cədvəlində daha yüksək pillədə dayanan Polşa idi. Amma şahmatçılarımız bədbin proqnozları alt-üst edərək rəqiblərinə yenə də 2,5:1,5 hesabı ilə qalib gəldilər. Müvafiq olaraq Monika Soçko və İolanta Zavadskayanı məğub edən Zeynəb Məmmədyarova və Günay Məmmədzadə bu qalibiyyətdə böyük pay sahibi oldular. Qarşıda isə həm qadın, həm də kişi şahmatçılarımızı Rumıniya kollektivi ilə görüş gözləyir. Ümid edirik ki, idmançılarımız azarkeşlərinə xoş anları yaşatmaqda davam edəcəklər.

Çinlilərdən bunu heç kim gözləmirdi…

O ki qaldı 3 turdan sonra turnir cədvəlindəki vəziyyətə, hələlik qələbəyə namizədlər elə də ciddi rəqiblə üz-üzə gəlməyiblər və gözlənildiyi kimi, ilk yerlərdə qərarlaşıblar. Yalnız qadınlardan ibarət Çin yığmasını istisna kimi göstərmək olar. Son 3 Olimpiadaların gümüş mükafatçısı ilk iki turda asan qələbələri sıralasa da (Lüksemburq və Monteneqro – 4:0), üçüncü turda Vyetnam komandası ilə bacara bilmədi və qiymətli xallar itirdi: tərəflər 2:2-lik bərabərliklə ayrıldılar. Amma vəziyyəti düzəltmək üçün çinlilərin hələ kifayət qədər şansları olacaq. Xüsusən də qələbəyə əsas namizədlərin duelləri yekun cədvəlin formalaşmasında mühüm rol oynayacaq. Bhir sözlə, Bakı Olimpiadasının ən maraqlı və cəzbedici partiyaları irəlidəki turlarda olacaq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top