“İlk hissədə üstün tərəf biz idik”
25.10.2020 , 20:27

“Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın VII turunda “Sumqayıt”a məğlubiyyətdən (1:2) sonra fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis bunları deyib:
“İlk hissədə üstün tərəf biz idik. Rəqibə əks-hücum etməyə imkan vermirdik. Fasilədən sonra da qol imkanlarımız oldu. Lakin hücumları sonlandırmaqda dəqiqlik çatışmadı. Əvəzində rəqib əks-hücumda qol vurdu və qələbə qazandı.”
