“Oyunun gedişində nəyisə dəyişmək, rəqibin tempi artırmaq cəhdinə hazır olmaq barədə çox danışmışam. Rəqibin oyunda dönüş yaratmaq istəyəcəyinə hazır olmaq lazımdır”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 27-ci turunda səfərdə AZAL-a 1:2 hesabı ilə uduzduqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı mütəxəssis komandasının ilk hissədə daha yaxşı oynadığını bildirib: “Birinci hissədə kifayət qədər yaxşı oynadıq. Bu üzdən dəyişikliklərə ehtiyac yox idi. Fasilədə də dəyişikliklər və oyun planında düzəliş etməklə bağlı tapşırıqlar çox vermədik. Heyəti müəyyənləşdirərkən qeyri-adi heç nə baş verməyib. Hər matçda olduğu kimi meydana ən hazırlıqlı futbolçular çıxmışdı”.
