Ölkə futbolu

“İlk gündən hamı istəklidir”

05.08.2022 , 11:35

“Doğma komandamda qaldığım üçün sevincliyəm. İllərdir ki, “Kəpəz”də oynayıram. Klubumuz elitaya yüksəldiyi üçün iki qat gözəl hisslər keçirirəm”.

Korner.az xəbər verir ki, bu sözləri “Kəpəz”İn futbolçusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gənc yarımmüdafiəçi Azərbaycan Premyer Liqasına hazırlıqla bağlı fikirlərini də bölüşüb: “Hər şey qaydasında olub. Təlim-məşq toplanışını Bakıda keçdik. Heyətimiz yenilənib. Uşaqlar yavaş-yavaş komandaya uyğunlaşırlar. Təcrübəli və gənc futbolçularımız var, komandaya legionerlər də cəlb edilib. İlk gündən hamı istəklidir. “Kəpəz”də oynamaq başqadır və hamı bunun fərqindədir. Əlavə məsuliyyət tələb olunur”.

Əli Səmədov “Kəpəz”in Gəncədə oynaya bilməyəcəyinə də münasibət bildirib: “Bu qərar həm bizim, həm də azarkeşlər üçün yaxşı xəbər olmadı. Buna görə edilən etirazlar da başadüşüləndir. Fanatlar biz futbolçulara da müraciət edirlər. Biz də istəyirik ki, Gəncədə, futbolsevərlərimizin önündə oynayaq. Çünki doğma meydan və azarkeş amili bizə əlavə güc verir. Ümid edirəm ki, bunun bir yolu tapılar və tezliklə Gəncədə oynayarıq”.

Son yazılar

Yuxarı