Gürcüstanın paytaxtı Tbilisidə start götürən Qran Prinin ilk günü cüdo üzrə Azərbaycan milli komandası üçün uğursuz alınıb.
Korner.az-ın məlumatına görə, mübarizəyə qoşulan 4 kişi və 3 qadın idmançıdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Ən yaxşı nəticəni Mehman Sadıqovla (60 kq) Orxan Hacıağalı (66 kq) göstərib. Onlar təsəlliverici görüşdə uduzmaqla, 7-ci yeri tutublar.
Sahib Əsgərov (60 kq), Tərlan Kərimov (66 kq), Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq) və Səkinə Zayirova (57 kq) isə ilk görüşdə məğlub olublar.
Qeyd edək ki, Azərbaycan yığması 3 gün davam edəcək Qran Pridə 16 idmançı ilə təmsil olunur. (report.az)
