Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək.
Korner.az-ın məlumatına görə, Almaniyada “Bavariya” İspaniya nəhəngi “Barselona”nı qonaq edəcək.
Kataloniyada 3:0-lıq qələbə qazanan “Barselona”nın işi Münhendə asan olacaq. İspaniya təmsilçisinin bu üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, digər yarımfinal cütündə “Real” və “Yuventus” komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda “Yuventus” qələbə qazanıb – 2:1.
12 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
23:45. “Bavariya” (Almaniya) – “Barselona” (İspaniya)
(İlk oyun – 0:3)
