İspaniya La Liqasının cari mövsümündəki ilk “El Klasiko”nun keçiriləcəyi vaxt açıqlanıb.
Korner.az-ın məlumatına görə, görüş oktyabrın 25-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, katalonların cəzalı futbolçusu Luis Suaresin cəza müddəti məhz oktyabrın 24-ündə bitir.
