“Çelsi”nin qapçısı Tibo Kurtua komandanın gələcək planları haqda danışıb.
Korner.az-ın məlumatına görə, gənc qapıçı əsas hədəfin İngiltərə Kuboku olduğunu deyib:
“Çalışacağıq ki, İngiltərə Kubokunu qazanaq. Lakin elə növbəti mərhələdəki oyun finala bərabər olacaq. Çempionlar Liqasında da elə də asan olmayacaq. Çempionatda yüksəlməliyik. Yəqin ki, 6 ya 7-ci yerlərdə olarıq. İlk dördlük artıq əl çatmazdı. Çünki ordaki klublar çempionluq yarışındadı və çox az xal itirəcəklər”
