Vyaçeslav Şevçenko Azərbaycan klubuna keçə bilər.
Korner.az-ın məlumatına görə, hücumçu bu barədə Ukrayna mətbuatına açıqlama verib.
“Aleksandriya”nın heyətində əla mövsüm keçirən 27 yaşlı forvard Bakıdan gələn təkliflərə hələ ki, optimal variant kimi baxmır. Şevçenkonun dediyinə görə, Premyer Liqa klubu “Volın” onun xidmətlərində maraqlıdı:
“Mən Ukraynada qalmaq istəyirəm. Eyni zamanda Azərbaycandan aldığım təkliflər də çox maraqlıdı. Ordan 3 klub məni heyətində görmək istəyir. Təxminən 1 həftəyə kimi fikrimi qətiləşdirəcəm. “Volın”la bəzi detalları müzakirə edirik. Razılığa gələ bilməsək, Bakıya yola düşəcəyəm. Azərbaycanlılar mənimlə qışdan maraqlanırlar. İndi onların təklifləri daha da ciddiləşib”.
Qeyd edək ki, Sevçenko “Aleksandriya”nın heyətində ötən mövsüm 31 oyunda vurduğu 15 qol ilə Ukrayna 1-ci liqasının bombardirlər sıralamasının üçüncü pilləsində qərarlaşıb.