Azərbaycan kubokunun "Neftçi" – "Xəzər Lənkəran" finalında bir ilk yaşanacaq.
Korner.az-ın məlumatına görə, mayın 28-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək final qarşılaşmasının final fiti səslənən kimi azarkeşlər matçın ən yaxşı oyunçusunu SMS vasitəsi ilə seçəcəklər.
Belə ki, səsvermənin kodu 9192 olacaq. Oyun başlayan kimi azarkeşlər oyunda seçdiyi futbolçunun komandasının və oyunçunun nömrəsini yazaraq 9192-yə gpndərəcəklər. Misal üçün "Xəzər Lənkəran" fanatları Rahir Əmirquiyevi oyunun ən yaxşısı hesab edirlərsə klubun baş hərfini, X və futbolçunun nömrəsini – 14 yazaraq həmin koda göndərəcəklər (X14). "Neftçi" fanatları isə, müsal üçün Rəşad Sadiqovu oyunun ən yaxşısı seçmək istəyirlərsə N6 yazaraq 9192 koduna göndərmələri kifayət edəcək.
Beləcə oyun bitdikdən sonra səslərin sayı hesablanacaq və final matçının ən yaxşısı açıqlanacaq.
Final fiti səslənməmiş və oyun bitdikdən sonra göndəriləcək səslər qeydə alınmayacaq.