“Fənərbağça” və “Qalatasaray”ın futbolçuları Türkiyə milli komandasından qovulub.
Korner.az-ın məlumatına görə, söhbət Volkan Dəmirəl və Sabri Sarıoğludan gedir.
“Fənərbağça” və “Qalatasaray” komandaları arasında ötən həftəsonu keçirilmiş Türkiyə Superliqası matçında dalaşan qapıçı Volkan Dəmirəl və müdafiəçi Sabri Sarıoğlunun bu hərəkətləri Türkiyə Futbol Federasiyası tərəfindən birmənalı qarşılanmayıb və TFF-nin prezidenti Yıldırım Dəmirörənlə yığmanın baş məşqçisi Abdullah Avcı arasında keçirilmiş görüşdə hər iki futbolçunun bu cür intizamsızlığına görə komandadan uzaqlaşdırılması qərarı qəbul edilib.