İlk Azərbaycan kubokunun qalibi müəyyənləşdi
11.04.2023 , 10:33

Qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun final oyunu baş tutub.
Korner.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən final oyununda BBA və AZE U-16 komandaları üz-üzə gəliblər.
Son topa qədər davam edən mübarizənin yekununda BBA komandası 51:48 hesablı qələbə qazanıb. Nəticədə bu komanda qadınlar arasında ilk dəfə keçirilən basketbol üzrə Azərbaycan kubokunun sahibi olub.
Xatırladaq ki, ölkə kubokunda dörd komanda mübarizə aparıb: BBA, “Alov”, PH və AZE U-16.
