Topaz Premyer Liqasının 21-ci turuna “Rəvan” – “Qarabağ” oyunu ilə start verildi. Dramatik məcrada keçən oyun ağdamlıların 3-2 hesablı qələbəsi ilə başa çatdı.
Korner.az-ın məlumatına görə, bakılıların çalışdırıcısı Ramil Əliyev məğlubiyyət haqda bunları dedi:
“Oyuna itkilərlə çıxsaq da, futbolçular özlərini doğrultdular. İlk hissəyə pis başladıq, lakin sonradan toparlana bildik, hesabı bərabərləşdirdik. "İlk altılığ"a düşən komandalardan zəif oynamadığımızı düşünürəm. Bundan sonra kubok oyununa hazırlaşacağıq, əsas hədəfimiz kubokda irəliləməkdir”.