İlin son reytinqi: Azərbaycan yerində qaldı
19.12.2019 , 18:11

FİFA milli komandaların 2019-cu il üçün sonuncu reytinq siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib.
Milli komanda 1177 xalla 114-cü yerdə qərarlaşıb.
Reytinq siyahısının ilk üç pilləsində Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.
