Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb
İlin son cədvəlində dünyanın 162 yığması yer alıb.
Bu, son siyahı ilə müqayisədə Azərbaycan yığmasına təsir etməyib. Joze Alesionun yetirmələri yenə 10-cu pillədə qalıblar.
Siyahıya isə Braziliya başçılıq edir. Onları İspaniya izlədiyi halda, Rusiya ilk “üçlüy”ü qapayır.
İlk “onluq”
1. Braziliya – 1931
2. İspaniya – 1878
3. Rusiya – 1740
4. Argentina – 1683
5. İran – 1625
6. İtaliya – 1607
7. Portuqaliya – 1600
8. Ukrayna – 1500
9. Qazaxıstan – 1488
10. Azərbaycan – 1452
