İlin rəmzi komandası açıqlandı
18.12.2024 , 10:30
FİFA “The Best” mükafatının təqdimat mərasimində 2024-cü ilin rəmzi komandasını açıqlayıb.
Korner.az xəbər verir ki, simvolik “11-liy”ə “Real”dan beş futbolçunun adı daxil edilib:
Qapıçı: Emiliano Martinez (“Aston Villa”).
Müdafiəçilər: Dani Karvahal, Antonio Rüdiger (ikisi də “Real”), Ruben Diaş (“Mançester Siti”), Vilyam Saliba (“Arsenal”)
Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”), Toni Kroos (Bu ilin yayınadək “Real”da oynayıb, daha sonra karyerasını başa vurub), Cud Bellinqem (“Real”)
Hücumçular: Lamin Yamal (“Barselona”), Erlinq Haaland (“Mançester Siti”), Vinisius Junior (“Real”)