İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri-2017” layihəsi çərçivəsində “9 ilə 13” adlı mükafatlandırma mərasimi keçirilib
Tədbirdə “İlin məşqçisi” seçilən Qurban Qurbanov jurnalistlərə açıqlama verib. O, əvvəlcə mükafata layiq görülməsilə bağlı fikirlərini bölüşüb:
– Çox təşəkkür edirəm ki, məni bu mükafata layiq gördünüz. Mən əvvəl də qeyd etmişəm ki, hər belə mükafatdan sonra mənim məsuliyyətim daha da artır. Daha da yaxşı olmağa çalışıram.
-Artıq rəsmən millinin baş məşqçisi olmusunuz. Hansı dəyişikliklər etməyi planlaşdırırsınız?
-Ayın 20dən sonra yəqin ki bir mətbuat konfransı təşkil edilər və orda daha ətraflı məlumaları paylaşaram.
– Rəşad Sadıqov U-21 komandasına baş məşqçi seçildi. Sizcə “Qarabağ”ın heyətində iştirakı axsaya bilərmi?
-Ümid edirəm elə olmaz. Çünki futbolun içindəyik. Çalışırıq ki, tək bir komanda və ya futbolçuyla çalışmayaq, ümumiyyətlə işin özünü inkişaf etdirək. Rəşad Sadıqov çox ağır bir yükü çiyinlərinə götürüb. Amma biz inanırıq ki, o, bunun öhdəsindən gəlməyi bacaracaq.
