İlin ilk oyunları keçirildi
27.02.2025 , 17:40

Bu gün Azərbaycan 2-ci liqasında 2025-ci ilin ilk oyunları keçirilib.
Korner.az xəbər verir ki, 14-cü turun 1-ci günündə 2 matç oynanılıb.
“Qusar” – “Füzuli” oyununda 7 qol qeydə alınıb və meydan sahibləri qalib gəlib.
“Şəfa” isə “Dinamo” üzərində qələbə qazanıb.
Turun digər oyunları 28 fevral və 1 mart tarixlərində keçiriləcək.
27 fevral
13:00. “Qusar” – “Füzuli” – 5:2
Qollar: Ə.Məmmədli, 8, 26, 49, O.Qurbanlı, 45+1, E.Tağıyev, 59 – S.Aslanxanov, 11, E.Abbaslı, 68
“Kapital Bank Arena” (ehtiyat meydança)
14:00. “Şəfa” – “Dinamo” – 3:0
Qollar: T.Quliyev, 16, Z.Mərdanov, 37, A.Yunanov, 60
“ASK Arena”
