Güləş

“İlin idmançısı”: “Əziyyətimin bəhrəsini gördüm”

13.12.2017 , 11:32

İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri-2017” layihəsi çərçivəsində “9 ilə 13” adlı mükafatlandırma mərasimi keçirilib

Tədbirdə “İlin idmançısı” seçilən sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev jurnalistlərə açıqlama verib. O, əvvəlcə mükafata layiq görülməsilə bağlı fikirlərini bölüşüb:

-Çox sevinirəm ki, bu ada layiq görüldüm. Çəkdiyim əziyyətin bəhrəsini gördüm. Məni ada layiq görənlərə də təşəkkür edirəm. Mənim qazandığım uğurlara biganə qalmadılar. Mən çox sevinirəm ki, 3 dəfə dünya çempionu olmuşam. Ölkə başçısı daxil olmaqla hər kəs məni təbrik etdi. Bu uğurların davamını arzu edirəm özümə və ümid edirəm ki, gələn il də yenə bu ada layiq görüləcəm. 

-Ötən il məşqlərdə bəzi problemlər yaranmışdı. Onlar aradan qaldırıldımı? 

-Artıq bütün öproblemlər həll olunub və hər şey qaydasındadı. Hər bir peşədə problem olur. Lakin bu problemlər öz həllini tapıb və bunun nətiəsidir ki mən dünya çempionu oldum. Yenə də əlimdən gələni edəcəm. 

-Problemlərin səbəbi nə idi?

-Yəqin ki, hər idmançının yarışa hazırlıq mərhələsində problem olur. Ümid edirəm ki bir daha belə problemlər yaranmaz. 

-Bəzi maliyyə problemləri də var. Onlar sizi narahat etmir?

-Bu haqda danışmaq mənə düşməz. Əlbəttə istəyərik ki, hər idmançıya, idman növünə qayğı və diqqət olsun. Ümid edirəm ki, bu problem də aradan qalxacaq və hər idmançı layiqli nəticələr qazanacaq. 

Son yazılar

Yuxarı