Afrika Futbol Konfederasiyaları (CAF) rəsmi olaraq Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
“Qara qitə”də ilin ən yaxşısı adına namizədlərin ilkin siyahısında 30 futbolçu yer alıb.
Bu mükafata rekord sayda sahib çıxmış Samuel Eto və Yaya Turenin bu dəfə ümumiyyətlə siyahıya düşməməsi diqqət çəkib. Ötənilki qalib Riad Mahrezin də adı açıqlananların arasında yer almayıb.
“Liverpul”dan Muhammed Salah (Misir) və Sadio Mane (Seneqal), “Borussiya”dan Pyer Emerik Obameyanq (Qabon) və “Çelsi”dən Viktor Mozes (Nigeriya) siyahıya düşmüş məhşur futbolçulardır.
