İlin ən yaxşı məşqçisi seçildi
29.12.2020 , 17:54
Özbəkistanda 2020-ci ilin ən yaxşı baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, gürcüstanlı mütəxəssis Şota Arveladzedir.
O, ardıcıl 2-ci dəfə Özbəkistanda ilin məşqçisi seçilib.
Şota, “Paxtakor” klubu ilə bu il Özbəkistan kubokunu və Super Liqasını qazanıb. 47 yaşlı mütəxəssis bir neçə gün əvvəl klubdan ayrıldığını açıqlayıb.