İlin ən yaxşısı seçildi
16.05.2020 , 17:38

“Ayaks”da ilin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Hakim Ziyeş bu ada layiq görülüb.
27 yaşlı futbolçu 3-cü dəfə bu mükafatı qazanıb.
“Ayaks” Mərakeş millisinin üzvünü 2016-cı ildə “Tvente”dən 11 milyon avroya transfer edib. Ziyeş növbəti mövsümdən “Çelsi”də çıxış edəcək. Zadəganlar qışda onun keçidi üçün 40+4 milyon avro təzminat ödəyib.
