İlin ən yaxşısı
14.01.2026 , 12:45
“France Football” nəşri 2025-ci ilin ən yaxşı fransalı məşqçisini açıqlayıb.
Korner.az xəbər verir ki, bu, “Lill”in baş məşqçisi Bruno Genesiodur.
O, səsvermədə “Sanderlend”in çalışdırıcısı Regis Le Braysı 17 səslə geridə qoyub. 3-cü yeri isə “Çelsi”nin qadın komandası ilə işləyən Sonia Bompastor tutub.
Genesio 2024-cü ilin yayından “Lill”i çalışdırır. Qeyd esək ki, hazırda komanda 17 turdan sonra 4-cü sırada yer alır.