İlin ən yaxşı baş məşqçisi
23.12.2024 , 23:58
IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) milli komanda səviyyəsində 2024-cü ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.
Korner.az xəbər verir ki, bu, İspaniya yığmasının çalışdırıcısı Luis de la Fuentedir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2-ci, Fransanın baş məşqçisi Didye Deşam isə 3-cü olub.