İlin ən yaxşıları seçildi
19.12.2019 , 16:41

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2019” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Korner.az xəbşr verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan “7 qalib adlı mərasimdə açıqlanıb.
Xüsusi mükafatlar:
“Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün – Samir Məzahir oğlu Məmmədov
Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə – Tofiq Mirhəsən oğlu Heydərov
İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu – Şamaxı Olimpiya Kompleksi
Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu – Emin Mahmudov (“Neftçi”)
Nominasiyalar üzrə:
İlin idman xadimi: Mahir Ələsgər oğlu Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)
İlin idman qurğusu: Bakı Olimpiya Stadionu
İlin futbolçusu – Emil Balayev (“Tobol”, Qazaxıstan)
İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”)
İlin komandası – Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi
İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)
İlin idmançısı – Teymur Rəcəbov (Şahmat)
