İlin ən yaxşı klubu adına 12 namizəd
14.11.2024 , 15:30
“Globe Soccer” ilin ən yaxşı klubu mükafatına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, siyahıda 12 klub yer alıb.
“Əl Əhli” (Səudiyyə Ərəbistanı), “Əl-Ayn” (Birləşmiş Ərəb Əmirlikləri), “Atalanta”, “İnter” (ikisi də İtaliya), “Atletiko Mineyro”, “Botafaqo” (ikisi də Braziliya), “Bayer” (Almaniya), “Mançester Siti” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), PSJ (Fransa), “Real” (İspaniya) və “Sportinq” (Portuqaliya) klubları bu mükafata namizəddirlər.
Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda keçiriləcək.