İlin ən yaxşı hakimi
25.12.2024 , 10:58
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyas (İFFHS) 2024-cü ilin ən yaxşı futbol hakiminin adı məlum olub.
Korner.az xəbər verir ki, bu, Fransua Leteksyedir.
O, İFFHS-in keçirdiyi səsvermədə 129 xalla dünyanın ən yaxşısı seçilib.
Sloveniyalı Slavko Vinçiç (86 xal) ikinci, italiyalı Daniele Orsato (74 xal) üçüncü olub.