İlin ən yaxşı gənc futbolçusu kimdir?
06.01.2023 , 12:36

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlayıb.
Korner.az xəbər verir ki, bu ada İngiltərə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb.
20 yaşlı futbolçu 115 xalla bütün rəqiblərini geridə qoyub. İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala tutubsa, xorvatiyalı Yoşko Qvardiol üçüncü olub.
