İlin ən yaxşı baş məşqçisi seçildi
24.12.2025 , 10:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) milli komandalar arasında 2025-ci ilin ən yaxşı baş məşqçisini müəyyənləşdirib.
Korner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya millisinin baş məşqçisi Luis de la Fuente layiq görülüb. 64 yaşlı mütəxəssis 136 xalla siyahıya liderlik edib.
Roberto Martines 83 xalla ikinci, Lionel Skaloni isə 59 xalla üçüncü yeri tutaraq siyahıda qərarlaşıblar.