İlin ən baxımlı qolunu kim vurub? – FİFA açıqladı
16.12.2025 , 23:00
FİFA qadın futbolunda ilin ən baxımlı qolunun müəllifini açıqlayıb.
Korner.az xəbər verir ki, “Orlando Prayd”ın meksikalı futbolçusu Lizbet Jaklin Ovalye bu uğura görə FİFA-nın “Marta mükafatı”na layiq görülüb.
Qadın futbolunda ilin ən gözəl qoluna verilən bu mükafat kişi futbolundakı Puşkaş mükafatının analoqudur. Onun adı hazırda “Orlando Prayd”da çıxış edən braziliyalı ulduz Marta şərəfinə verilib. Mükafat 2024-cü ildən təqdim olunur və ilk qalibi məhz Marta olub.
Qeyd edək ki, bu il mükafat uğrunda 11 futbolçu yarışıb, namizədlər arasında isə Martanın özü də yer alıb.