İli erkən başa vurdu – “Qarabağ”da ciddi itki
26.11.2018 , 14:55

“Qarabağ”ın zədəli futbolçusu İnnosent Emeqaranın durumuna aydınlıq gəlib.
Tibbi yoxlanışdan sonra futbolçuda menisk yırtığı aşkar olunub. Emeqara artıq İsveçrəyə yollanıb və adıçəkilən ölkədə əməliyyat olunacaq.
Onun təxminən 6-8 həftədən sonra fərdi məşqlərə başlayacağı gözlənilir. Bu isə o deməkdir ki, Emeqara bir də gələn ilin yanvar ayında sıraya qayıdacaq.
